AZ

Trampın Ukrayna danışıqlarına nə vaxt başlaya biləcəyi bəlli olub

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müvəqqəti deyil, daimi atəşkəsə nail olmaq üçün 2025-ci ilin yazında Ukraynada sülh danışıqlarına başlaya bilər.

Editor.az xəbər verir ki, bunu müsahibəsində türkiyəli analitik Ümit Nəzmi Xəzər deyib. O xatırladıb ki, Tramp yanvarın 20-də and içəcək və andiçmə mərasimindən sonra onun həll etmək istədiyi əsas məsələlərdən biri Ukrayna münaqişəsi olacaq. Belə ki, Xəzir hesab edir ki, inauqurasiyadan bir neçə ay sonra, yəni 2025-ci ilin yazında danışıqlar başlayacaq.

Ekspert qeyd edib ki, uğurlu olmaq üçün Tramp müvəqqəti deyil, daimi atəşkəs təklif etməlidir: “Axı Minsk razılaşmaları da uzunmüddətli sülh gətirmədi”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski də Trampın Ukrayna münaqişəsinə son qoymaq planını yanvarda təqdim edəcəyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
50
editor.az

10Mənbələr