AZ

Livanla İsrail arasında atəşkəs imzalandı – İran alqışladı

İran Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayır, lakin eyni zamanda Livan xalqına və ölkədəki müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcək.

EDnews xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin Livana təcavüzünün sona çatmasını alqışlayıb və İranın Livan hökuməti, milləti və müqavimətinə qətiyyətli dəstəyini vurğulayıb.

İsmayıl Bekay bildirib ki, ABŞ və bəzi Avropa hökumətləri tərəfindən dəstəklənən İsrailin təcavüzü nəticəsində 60 min insan öldürülüb: "Günahsız insanlar şəhid oldu, 120 min insan yaralandı, 3,5 milyondan çox məzlum fələstinli və livanlı məcburi köçkünə çevrildi, bu bölgələrdə bir çox həyati infrastruktur dağıdıldı”.

Xarici KİV-in məlumatına görə, Livan və İsrail arasında atəşkəs razılaşması ABŞla Fransa təşəbbüsünə uyğun olaraq yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

Seçilən
6
1
ednews.net

2Mənbələr