"Sonuncu dəfə iki həftə qabaq yanına getmişəm. Təssüf ki bacım məni tanımır".
Milli.Az xəbər verir ki, bu sözləri tanınmış prodüser Təranə Səmədovanın qızı Suel ARB-də yayımlanan "Bir gün" verilişində deyib.
O, ayrı düşdüyü bacısından danışıb:
"Hazırlıqlarıma görə bacımı tez-tez görə bilmirəm. Həftədə bir dəfə imkan olur. Sonuncu dəfə 2 həftə qabaq yanına getmişəm. Təssüf ki, məni tanımır. Bu məni üzür. Hər bir bacı kimi istərdim ki, yanımda olsun, bir yerdə yaşayaq. Bəzi problemlərə görə bu alınmadı".
Hüseyn
Milli.Az