Gəncə Apellyasiya Məhkəməsində Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Tərtər Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Hökmlə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas və əlavə cəzalar yüngülləşdirilməklə ona 3 müddətin azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd: Hadisə 16 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. “VAZ-2107”nin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Tərtər Rayon Məhkəməsinin hökmü ilə Rövşən Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Kamal Məmmədov