AZ

Trampa və ailəsinə hədə-qorxu gələn şəxs həbs edildi – ÖZƏL

ABŞ-nin federal hakimiyyət orqanları Arizona ştatında yaşayan Manuel Tamayo-Torres adlı şəxsi həbs edib. O, yeni seçilmiş prezident Donald Tramp və ailəsinə qarşı internetdə yayımladığı hədə dolu videolara görə ittiham olunur. 

Olaylar.az xəbər verir ki, ittiham sənədlərində Tramp "şəxs 1" kimi göstərilib və Tamayo-Torresin ona qarşı "yayğın, lakin birbaşa hədələr" etdiyi qeyd edilib. Araşdırma ilə tanış olan mənbələr təsdiqləyib ki, hədələr birbaşa Trampa ünvanlanıb.

Videolardan birində Tamayo-Torres bildirib: "Sən öləcəksən... bütün ailən öləcək... üzündə dəlik açacağam". Bu video onun demək olar ki, hər gün paylaşdığı çoxsaylı və məntiqsiz qeydlərdən biri olub. Videolarda o, "şəxs 1"in uşaqlarını oğurlayaraq satdığını iddia edib.

Hələlik Tamayo-Torresin uşaqlarının olub-olmaması məlum deyil. Noyabr ayının əvvəlində o, əlinə 30 güllə tutumu olan AR-15 tipli silah alaraq, "şəxs 1"ə hədə-qorxu gəldiyi başqa bir video yayımlayıb. Həmçinin, avqustun 23-də Trampın mitinqində çəkilmiş videoda Tamayo-Torres qızının guya oğurlandığını gördüyünü iddia edib.

Tamayo-Torres prezidentə hədə-qorxu gəlməkdə və odlu silah almaq zamanı yalan ifadə verməkdə ittiham olunur. Məlum olub ki, o, 2003-cü ildə San Dieqoda hücum ittihamı ilə məhkum edilib və qanunla silah sahibi olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin xüsusi prokuroru Cek Smit Trampa qarşı 2020-ci ildə irəli sürülmüş ittihamlarla bağlı işi dayandırmaq üçün məhkəməyə müraciət etmişdi. Smit  ABŞ Konstitusiyasına əsasən, hazırkı və yeni  seçilmiş prezidentin cinayət məsuliyyətinə cəlb olunmasının qadağan olduğunu vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr