AZ

Bayden Ukraynaya gizli şəkildə əlavə yardım istəyib – ÖZƏL

ABŞ Prezidenti Co Bayden Konqresə gizli şəkildə müraciət edərək, Pentaqonun silah ehtiyatlarını artırmaq və Ukraynaya əlavə dəstək üçün 24 milyard dollar tələb edib. 

Olaylar.az xəbər verir ki,   Baydenin uzunmüddətli maliyyə yardımı üçün müraciəti dekabr ayında nəzərdən keçirilə bilər. Ağ Evin Büdcə İdarəsinin sənədlərinə əsasən, bu vəsaitin üçdə ikisi ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarının bərpasına yönəldiləcək. Lakin həmin ehtiyatların gələcəkdə Ukraynaya göndərilib-göndərilməyəcəyi məlum deyil. Təxminən 8 milyard dolların isə Ukraynanın dəstəklənməsi üçün ayrılması nəzərdə tutulur.

ABŞ Dövlət katibi Entoni Blinken G7 sammitinin yekunlarına dair çıxışında Co Bayden administrasiyasının 2025-ci ilin yanvarına qədər Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Digər tərəfdən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Bayden administrasiyasının sabiq Prezident Donald Trampın Ukrayna münaqişəsini həll etməsinə mane olmağa çalışdığını bildirib.

Eyni zamanda, Washington Post qəzeti yazır ki, Ukrayna qüvvələri ABŞ-də prezident seçkilərində qalib gəlmiş Donald Trampı Ukraynaya dəstəyin ABŞ üçün faydalı olduğuna inandırmağa çalışır. Ukrayna təbii resurslarını ABŞ şirkətləri üçün sərfəli imkan kimi təqdim etməyi planlaşdırır.

Bu arada, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Donald Tramp administrasiyası hakimiyyətə gəlsə, Ukrayna münaqişəsi tez bir zamanda həllini tapa bilər. Lakin Bloomberg nəşri Zelenskinin bəyanatlarında getdikcə daha çox ümidsizlik göründüyünü və Kiyev rejiminin gələcəyinin qeyri-müəyyən olduğunu qeyd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr