AZ

Duda İrəvanda nə axtarırdı?

Bakı. Trend:

Polşa prezidenti Ancey Dudanının Ermənistana son səfəri həmErmənistan-Polşa münasibətləri baxımından, həm də Avropaİttifaqının (Aİ) Cənubi Qafqazdakı strategiyasının dəyişməsikontekstində diqqətəlayiq bir hadisə sayıla bilər. Səfər yalnızVarşava ilə İrəvan arasındakı ikitərəfli münasibətlərin təzahürüdeyil, eyni zamanda, Avropanın bu mürəkkəb regionda yeni bir siyasioyun xəritəsi çəkmək cəhdlərinin təzahürüdür.

Duda İrəvanda Ermənistan-Azərbaycan münasibətlərininnizamlanması, sərhəd gərginlikləri və Aİ müşahidə missiyasınınfəaliyyəti ilə bağlı görüşlər keçirdi, daha sonra isə ErmənistanınAzərbaycanla şərti dövlət sərhədinə, Arazdəyənə baş çəkdi vəbununla da səfərin geosiyasi məzmununu daha da "zənginləşdirdi". Buhadisə, əslində, Avropanın regiondakı yeni yanaşmasının bir növ"müştərək baxışı" idi.

Ümumiyyətlə, Polşanın Cənubi Qafqazda fəallaşması VarşavanınAİ-də oynadığı rolun daha da genişləndirilməsi istiqamətində mühümbir mesajdır. Duda administrasiyası Cənubi Qafqazı yalnız birregional maraq zonası deyil, həm də Avropanın enerjitəhlükəsizliyində strateji bir düyün nöqtəsi kimi görür. XüsusiləCənub Qaz Dəhlizi Polşanın Avropaya qaz nəqli şəbəkəsindəetibarlılığı təmin etməsi üçün vacibdir. Polşa, həmçinin, QafqazıRusiya təsirindən uzaqlaşdırmaq üçün Aİ-nin "yumşaq güc"vasitələrindən daha aktiv istifadə etməyə çalışır.

Eyni zamanda, Ancey Dudanın İrəvana viziti Polşa prezidentininBakıya səfəri ilə maraqlı bir müqayisə üçün zəmin yaradır. BakıdaDuda COP29 çərçivəsində çıxış etmiş, Azərbaycanın enerji tranzitivə regional sülh prosesində oynadığı rolun vacibliyinivurğulamışdı. Ermənistan səfəri isə tamam fərqli bir diplomatiktonu nümayiş etdirdi və İrəvanın Aİ-nin son regionalstrategiyasında fərqli bir yer tutduğunu göstərdi.

Duda səfəri çərçivəsində Aİ-nin ErmənistandakıMüşahidə-Monitorinq Missiyasının (EUMA) ölkəmizlə şərti dövlətsərhədinə toplaşmış "müşahidəçilər"ini də xüsusi diqqət mərkəzinəgətirdi.

2022-ci ilin oktyabrında fəaliyyətə başlayan EUMA ilə bağlıBrüssel bəyan etmişdi ki, sən demə, missiyanın "əsas məqsədi sərhədgərginliyini azaltmaq"dır. Daha sonra EUMA-nın fəaliyyət vəsəlahiyyət mandatı rəsmi Bakının razılığı olmadan uzadıldı ki, buda Azərbaycan-Aİ münasibətlərində ciddi diplomatik böhrana səbəboldu.

Rəsmi Bakı missiyanı birtərəfli və tərəfkeş, Azərbaycanın millivə dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Rəsmi olaraqmissiyanın fəaliyyəti 2025-ci ilin fevralında başa çatacağındanhazırda Aİ onun davamlılığını təmin etmək üçün daxili konsensusaxtarışındadır. Fəqət konsensusun əldə olunması çətin görünür,çünki Aİ daxilindəki parçalanmalar daha da dərinləşir.

Azərbaycanın Avropa İttifaqı (Aİ) müşahidə missiyasınamünasibəti hər zaman tənqidi olub. Rəsmi Bakı bu missiyanı regionundaxili işlərinə müdaxilə və sülh prosesinin balansını pozmaq cəhdikimi qiymətləndirir. Aİ-nin 2023-cü ildə mandatı Azərbaycanlarazılaşdırılmadan uzatması isə diplomatiyanın universalprinsiplərinə, xüsusilə də suverenlik hüququna açıq hörmətsizlikkimi görünür. Əslində, bu addım Azərbaycanı yalnız tənqid etməyədeyil, həm də daha konkret hərəkətlərə keçməyə vadar edir.

Bakının strategiyası aydın və çoxşaxəlidir. Bir tərəfdən,Azərbaycan Macarıstan kimi müttəfiqlərindən dəstək alaraq mandatınuzadılmasını bloklamaq üçün hüquqi və diplomatik mexanizmləri işəsalıb. Digər tərəfdən, ölkə Aİ-nin regiondakı təsirini zəiflətməküçün praktik addımlar atır. Rusiya və Türkiyə ilə əlaqələringücləndirilməsi bu prosesdə açar rol oynayır. Bu əməkdaşlıq,sadəcə, Aİ-nin Cənubi Qafqazda təsirini balanslaşdırmaq deyil, həmdə Brüsselin Azərbaycana qarşı istənilən təzyiqlərinə qarşı"qoruyucu sipər" funksiyası daşıyır.

Azərbaycan, həmçinin Aİ-nin mandatın uzadılmasına dəstək verənüzv ölkələrinə qarşı diplomatik təzyiqləri artırır. Brüsselindaxili birliyinin onsuz da sarsıntılar keçirdiyi indiki mərhələdəbu təzyiqlər, Avropanın daxili parçalanmasını daha da dərinləşdirəbilər.

Polşanın Ermənistanla yaxınlaşmasının əsas səbəblərindən biri dəonun 2025-ci ildən etibarən Avropa Şurasına sədrliyi dövründəregional problemlərin həllində liderlik iddiasını göstərmək istəyiilə bağlıdır. Bu səfər həm də Varşavanın Aİ-nin şərq qonşuluqsiyasətində rolunu artırmaq cəhdlərinin bir hissəsi idi. Polşa buyolla həm Rusiya təsirini zəiflətməyi, həm də Ermənistanı daha çoxAvropa orbitinə cəlb etməyi hədəfləyir.

Duda səfərinin hər addımı ilə Polşanın sadəcə bir regionaloyunçu deyil, həm də Avropanın şərq qonşuluq siyasətində əsas birmühərrik olduğunu göstərməyə çalışdı. Arazdəyəndəki müşahidələr vəyerli məsələlərə dair geniş müzakirələr, əslində, Avropaİttifaqının yeni "Şərq ekspedisiyası"nın konturlarınımüəyyənləşdirdi.

Məzkur səfər, əslində, sadəcə diplomatik bir addım deyil, həm dəAvropa İttifaqının Cənubi Qafqazdakı yeni mərhələsinin simvolu dahesab oluna bilər. Bu səfər Polşanın artan regional rolunu vəAvropanın yeni yanaşma xəttini ortaya qoydu. Ermənistan vəAzərbaycan arasındakı sülh prosesində Avropanın tərəfkeşliyi yalnızregion üçün deyil, həm də Aİ-nin öz daxilindəki siyasi dinamikalarüçün bir sınaq olacaq.

Polşa prezidenti bu səfərlə yalnız Ermənistanla münasibətləriinkişaf etdirmək niyyətini nümayiş etdirdi, həm də Avropanınregional ambisiyalarının yenidən qurulmasına dair vacib bir siqnalverdi.

Ermənistan üçün Aİ müşahidə missiyasının fəaliyyəti xaricisiyasətdə həyat-məqam məsələsidir. İrəvan missiyanı yalnızdiplomatik müttəfiq deyil, həm də təhlükəsizliyinin əsastəminatçısı kimi görür. Xüsusilə Azərbaycanla şərti dövlətsərhədində davam edən gərginliklər fonunda, missiya İrəvan üçüngeosiyasi "sipər" rolunu oynayır. Amma əsla unutmayaq ki, İrəvanınbu məsələdə özünəməxsus təhlükəli oyunu da var.

İrəvanın missiyanın mandatının zəruriliyini əsaslandırmaq üçünsərhəd boyunca təxribatlara əl atmaq ehtimalı yüksəkdir. Bu cürtəxribatlar, regionda yeni eskalasiya riski yaradır və sülhprosesini təhlükə altına alır. Ermənistanın bu cür riskli gedişləriİrəvanı qısa müddətdə diplomatik üstünlük qazandıra bilər, lakinuzunmüddətli perspektivdə regionu daha da qeyri-sabit vəziyyətəsala bilər.

Aİ Cənubi Qafqazda möhkəmlənmək istəyir, lakin bu istəyinqarşısında bir neçə maneə var. Azərbaycanla razılaşdırılmadanmandatın uzadılması Bakının anti-Avropa mövqelərini daha dagücləndirir və ölkəni Rusiya-Türkiyə oxuna daha da yaxınlaşdırır.Bu vəziyyət Brüssel üçün regiondakı geosiyasi oyunda böyükməğlubiyyət deməkdir.

Üstəlik, Aİ daxilində mandatın uzadılmasına dair fikirayrılıqları da Brüsselin birliyini sual altına qoyur. Macarıstankimi ölkələrin Azərbaycanın mövqeyini dəstəkləməsi, Aİ-nin daxiliqütbləşməsini daha da artırır. Bu cür gərginliklər Avropanın digərqlobal çağırışlara qarşı kollektiv şəkildə reaksiya verməqabiliyyətini zəiflədir.

Aİ-nin Cənubi Qafqazda sabitliyi təmin etmək arzusu iləüzləşdiyi bu çağırışlar, bir tərəfdən Azərbaycanın suverenliyinitəmin etmək üçün mübarizəsini gücləndirir, digər tərəfdən isəErmənistanın təxribatlar yolu ilə üstünlük qazanmaq cəhdləriniartırır. Bu, regionun gələcəyi üçün həssas və mürəkkəb tarazlıqdeməkdir.

Azərbaycan üçün isə vəziyyət açıqdır: Brüsselin təzyiqlərinəqarşı güclü diplomatiya və strateji müttəfiqlərlə iş birliyiregionun gələcək siyasi mənzərəsini müəyyən edəcək. Azərbaycan,yalnız müşahidəçi deyil, həm də öz taleyinin fəal iştirakçısıolduğunu sübut etməyə hazırdır.

... Ancey Dudanının Ermənistana səfəri Polşanın və bütövlükdəAvropa İttifaqının (Aİ) Cənubi Qafqazda artan maraqlarını bir dahagündəmə gətirdi. Bu səfər bir çox cəhətdən Aİ-nin bölgədəkistrateji məqsədlərinin güzgüsü hesab edilə bilər. Cənubi Qafqaz,qədim tarix boyu Qərb ilə Şərqin qovuşduğu bir coğrafiya kimi, bugün də qlobal siyasətin fokus nöqtələrindən birinə çevrilib. Ancaqbu mürəkkəb regionda uğur qazanmaq üçün yalnız səfərlər vəbəyanatlar kifayət etmir - real siyasət və tarazlıq tələbolunur.

Ermənistan və Azərbaycanın maraqları arasında balans yaratmaqAİ-nin bu bölgədə sülhməramlı güc kimi etibarlılığını təsdiq edəbiləcək ən böyük sınaqdır. Ancey Dudanının səfəri məhz bu məsələninəhəmiyyətini qabardır: Ermənistanın Avropaya inteqrasiya səyləri,Azərbaycanın enerji təhlükəsizliyində oynadığı kritik rol vəümumiyyətlə, regionun geosiyasi qovşaq olaraq əhəmiyyəti.

Cənubi Qafqaz, şahmat taxtasında Varşava ilə İrəvanın birgedişlə həm qələbə, həm də məğlubiyyət yaşaya biləcəyi kritik birmövqedir. Aİ üçün bu "şahmat taxtası" bir tərəfdən Ermənistanındəstəklənməsi, digər tərəfdən isə Azərbaycanın mühüm stratejitərəfdaş kimi qorunması arasında balans tələb edir.

Avropa İttifaqının növbəti addımları Brüsselin geosiyasireallıqları nə qədər yaxşı anladığını göstərəcək. Əsas məsələbudur: Aİ bu mürəkkəb regionda yalnız diplomatik təsirə güvənməli,yoxsa daha aktiv vasitəçilik rolunu üzərinə götürməlidir? Yaxınaylarda Aİ müşahidə missiyasının mandatının uzadılması məsələsi busualın cavabını verəcək.

Mandatın uzadılması ilə bağlı qərar təkcə regiondakı vəziyyətinqiymətləndirilməsi ilə deyil, həm də Aİ daxilindəki daxili birliyinmöhkəmlənməsi ilə bağlı olacaq. Üzv dövlətlər arasında yekdillikolmadan hər hansı geosiyasi addım riskli və yarımçıq qala bilər. Buməsələdə uğur Avropa diplomatiyasını beynəlxalq səviyyədəgücləndirə bilər, lakin uğursuzluq Aİ-nin regional münaqişələrdərolunun yalnız nominal olduğunu göstərəcək.

Cənubi Qafqaz, sözün əsl mənasında, qlobal və regionalmaraqların çarpazlandığı nöqtədir. Burada ABŞ, Rusiya, İran,Türkiyə və indi də Aİ öz oyun qaydalarını tətbiq etməyə çalışır.Lakin bu cür mürəkkəb "oyun meydanı"nda Aİ-nin hansı roluoynayacağı böyük sual altındadır.

Brüsselin diplomatiya masasında bu bölgə həm şans, həm dəçağırışdır. Uğurlu balans Aİ-ni beynəlxalq arenada daha güclüoyunçuya çevirə bilər. Əks halda isə Avropa İttifaqı yalnızkənardan izləyici rolunda qalmağa məcbur olacaq.

Ancey Dudanının Ermənistana səfəri ilə Cənubi Qafqaz bir dahaAvropa diplomatiyasının fokus nöqtəsinə çevrildi. Brüsselin bubölgədəki gələcəyi yalnız Ermənistan və Azərbaycan arasında balansyaratmaqla deyil, həm də üzv dövlətlər arasında yekdil qərarlarqəbul edə bilmək qabiliyyəti ilə ölçüləcək.

Bu mürəkkəb şahmat oyununda Avropa İttifaqı öz "vəziri"niitirməmək üçün düzgün strategiya qurmalı və tərəflər arasındatarazlıq saxlamalıdır. Əks halda, Cənubi Qafqazda edilən hər səhvhəm regionun, həm də Aİ-nin gələcəyinə ciddi təsir göstərəbilər.

Seçilən
13
az.trend.az

1Mənbələr