Olaylar.az xəbər verir ki, yeni sistem strateji əhəmiyyətli infrastrukturları dron hücumlarının artan təhlükəsindən qorumaq məqsədi daşıyır. Sistemin quruluşu möhkəm şəbəkələrdən ibarətdir və onlar troslar və xüsusi omega formalı bağlayıcılarla daşıyıcı dirəklərə birləşdirilib.
Məlumata görə, bu texnologiya artıq Moskva ətrafında poliqon şəraitində sınaqdan keçirilib və yüksək səmərəlilik nümayiş etdirib. Sistem bir neçə ton ağırlığında beton blokların təsirinə davam gətirmək qabiliyyətinə malikdir.
Son günlərdə yeni "Qorınıç 2.0" adlı dronun Krımda alov püskürdən cihazla sınaqları da uğurla başa çatıb. Bu dronun əsas xüsusiyyəti güclü yandırıcı qarışıq axınını hədəfə yönləndirmək imkanında olmasıdır.
Bundan əvvəl isə Çaplıgin adına Sibir Hava Tədqiqat İnstitutu ağır yük daşıyan "Partizan" dronunun ilk sınaq uçuşunu həyata keçirmişdi.