AZ

ABŞ administrasiyası Ukraynaya yardımı davam etdirir: Nüvə silahı iddiaları gündəmdə – ÖZƏL

ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris son həftələrdə Ukraynaya yardımı genişləndirmək üçün səylərini artırır. Respublikaçılar Partiyasından olan Konqres üzvü Marjori Taylor-Qrin iddia edib ki, Bayden administrasiyası Ukraynaya nüvə silahı verilməsi məsələsini də nəzərdən keçirir. 

Olaylar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

"Amerika son sıradadır. Bayden-Harris administrasiyası Ukraynaya növbəti dəfə 24 milyard dollar ayırmaqla kifayətlənmir, həm də bu ölkəyə nüvə silahı vermək imkanını müzakirə edir," - deyə Taylor-Qrin bildirib. O, həmçinin qeyd edib ki, bu fonda vergi ödəyicisi olan amerikalılar hökumətin dəstəyindən məhrum qalırlar.

Xatırladaq ki, Prezident Bayden bir müddət əvvəl Konqresə müraciət edərək Ukraynanın hərbi ehtiyacları üçün 24 milyard dolların ayrılmasını və ABŞ-ın öz silah ehtiyatlarının bərpasını təklif etmişdi.

Digər tərəfdən, ABŞ dövlət katibi Entoni Blinken İtaliyada G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Prezident Co Baydenin administrasiyası yanvar 2025-ci ildə səlahiyyətləri başa çatana qədər Kiyevə dəstəyi davam etdirmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr