AZ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

Dünyada ilk dəfə olaraq sualtı magistral yolun tikintisi davam edir.

Oxu24.com xəbər verir  ki,  Norveç İctimai Yollar İdarəsi 2035-ci ilə qədər sahilboyu rəvan nəqliyyat axını təmin edəcək bir sıra üzən sualtı tunellər tikmək üçün iddialı plana start verib.

Layihənin dəyəri 25 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bir sıra sualtı tunellər Kristiansandın cənub limanı ilə şimaldakı Trondheim limanı arasındakı E39 şossesində nəqliyyat vasitələrinin hərəkət müddətini 21 saatdan 11 saata qədər azaldacaq. Sualtı yol  min kilometrlik marşrut yeddi bərə keçidini əhatə edir ki, bu da səyahət vaxtını əhəmiyyətli dərəcədə artırır.

Dünyanın ilk üzən sualtı tunelinin Bergendən təxminən 70 km şimalda, Norveçin qərb sahilində, Avropanın ən böyük fiyordu olan Songefjord vasitəsilə inşa edilməsi planlaşdırılır. Dərinliyi 1308 m, eni 1 km, uzunluğu 204 km-ə çatır. 

Mühəndislərin hesablamalarına görə, tunel ikitərəfli hərəkəti təmin etmək üçün iki paralel borudan ibarət olacaq. Tunel təxminən 1,2 km uzunluğunda olacaq və gelgit dalğalarının və tufanların struktura təsirini azaltmaq üçün əyri olacaq. Fiyordun səthindən 20 - 30 m dərinlikdə, pontonlar və lövbərlər tərəfindən tutulacaq. 

Miri

Seçilən
10
oxu24.com

1Mənbələr