"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının “Brest” ilə 5-ci tur matçında tarixi uğura imza atıb.
Publika.az xəbər verir ki, polşalı forvard buna matçın 10-cu dəqiqəsində penaltini qola çevirməklə nail olub. 36 yaşlı forvard üçün bu, Çempionlar Liqası karyerasında 100-cü qol olub.
Levandovski bu səviyyəyə çatan üçüncü futbolçu olub. Turnir tarixində yalnız Lionel Messi (129) və Kriştiano Ronaldo (140) daha çox qol vurub.
Qeyd edək ki, “Barselona”nın 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Leva dubla imza atıb.