AZ

Bayden: Livan və İsrail arasında razılaşma tam həyata keçiriləcək

Livan və İsrail hökumətləri ABŞ-nin İsrail və Hizbullah arasında “dağıdıcı münaqişə”yə son qoymaq təklifi ilə razılaşıblar. Bu barədə noyabrın 26-da ABŞ Prezidenti Co Bayden bəyan edib. Məlumatı “Anadolu” verib. 

“Müqavilə çərşənbə günü yerli vaxtla 27 noyabr (GMT 0200) səhər saat 4-də qüvvəyə minəcək və Livan silahlı qüvvələrinin növbəti 60 gün ərzində Livanın cənubuna “yerləşdirib nəzarəti ələ keçirməsini” şərtləndirir. Bu müddət ərzində İsrail yavaş-yavaş qalan qüvvələrini geri çəkəcək”, - deyə prezident televiziya ilə çıxışında bildirib.

ABŞ, Fransa və digər müttəfiqlər “bu razılaşmanın tam şəkildə həyata keçirilməsini təmin etmək üçün İsrail və Livanla işləməyə söz veriblər”, - Bayden deyib.

O əlavə edib ki, Livanın cənubunda ABŞ hərbçiləri olmayacaq: “Biz Fransa və digər ölkələrlə birlikdə bu sazişin tam və effektiv icrasını təmin etmək üçün lazımi yardımı göstərəcəyik”.

P.ƏMİRCANOV
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr