AZ

Sabirabadda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb

Bu gün Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Paralel.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onlardan 1986-cı il təvəllüdlü (kişi) şəxsə sol bud sümüyünün sınığı, sol bazunun sınığı, 2011-ci il təvəllüdlü qadına hər iki bud sümüyünün sınığı, 2017-ci il təvəllüdlü uşaq isə qapalı kəllə beyin travması, daxili qanaxma, travmatik şok diaqnozu təyin edilib.

Qeyd olunub ki, iki nəfərin müalicəsi Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, uşaq isə hazırda əməliyyat olunur: "1992-ci il təvəllüdlü şəxs (kişi) həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək olmayıb".

Məlumat üçün bildirək ki, daha iki nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
10
4
paralel.az

5Mənbələr