AZ

Əfsanəvi pilotun nəvəsi xaricə qaçdı: Ailəsi ondan niyə imtina edib?

Əfsanəvi sovet pilotu Valeri Çkalovun nəvəsi - Daria Boqdanova terrorizm çağırışları etdikdən sonra haqqında cinayət işi açıldığı üçün xaricə qaçıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyin sərəncamında olan rəsmi məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Boqdanova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci (“Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği”) ilə cinayət işi açılıb.

Sosial şəbəkələrdə və Ukrayna kanalına verdiyi müsahibədə o, “münaqişəyə son qoymaq” üçün Moskvaya nüvə silahı atmağın zəruri olduğunu bildirib, həmçinin Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etməyə çağırıb və Rusiya ordusu haqqında mənfi fikirlər səsləndirib.

Seçilən
11
publika.az

1Mənbələr