AZ

SON SÖZÜ TÜRKİYƏ DEYƏCƏK - NATO mümkün müharibədə İncirlikdəki nüvə bombalarından istifadə edə bilərmi?

Üçüncü Dünya Müharibəsi riskinin artdığı son günlərdə əsas maraq doğuran məqamlardan biri də NATO-nun Türkiyədəki hərbi bazalarından, eləcə də nüvə silahlarının yerləşdiyi İncirlikdəki mərkəzdən mümkün qarşıdurma zaman necə istifadə olunacağı ilə bağlıdır.

“AzPolitika” xəbər verir ki, Türkiyənin “Türkiye Gazetesi” sözügedən mövzi ilə bağlı məqalə yayımlayıb.

Məqalədə qeyd olunur ki, nüvə bombalarının kodları sülh dövründə ABŞ Milli Komandanlığının nəzarətində olsa da, müharibə vəziyyətində bu bombaların istifadəsi onların yerləşdiyi ölkənin salahiyyətinə verilir.

“NATO-nun nüvə silahlarının qarşısının alınması siyasəti çərçivəsində Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) 1968-ci ildə qüvvəyə minib. Buna uyğun olaraq, ABŞ istehsalı olan “B61” taktiki termonüvə qravitasiya bombası Almaniya, İtaliya, Hollandiya, Belçika və Türkiyəyə yerləşdirilib. Bu bombalar Türkiyənin İncirlik bazasında saxlanılır. İncirlik isə bazasına maksimum 90 bomba yerləşdirə bilər. Dəqiq sayı bilinməsə də, İncirlikdə 50-60 ədəd “B61”-in olduğu təxmin edilir. 2005-ci ildə danimarkalı alim Hans Kristensen öz məqaləsində Türkiyədəki İncirlikdən başqa, Balıkəsirdəki 9-cu Əsas Reaktiv Baza və Akıncı Bazasının da nüvə bombası saxlamaq qabiliyyətinə malik olduğunu bildirmişdi”,-deyə məqalədə qeyd olunur.

Nəşr yazır ki, bombaların buraxılış sistemi yoxdur. “B61”-lər döyüş təyyarələrindən atılmaq üçün nəzərdə tutulub və NATO ölkələrindəki “Tornado” və “F-16” təyyarələri bombalardan istifadə etmək üçün müvafiq statusa malikdir.

“AzPolitika.info”

Seçilən
19
azpolitika.info

1Mənbələr