Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının prezidentliyə namizədi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiyanın təsisçisi Bidzina İvanişvili “Gürcü arzusu”nun siyasi şurasının iclasından sonra brifinqdə açıqlayıb.
Sözügedən namizəd Mixail Kavelaşvilidir. 53 yaşlı Kavelaşvili Gürcüstan parlamentinin deputatı və “Xalqın Gücü” partiyasının siyasi katibidir.
Qeyd edək ki, M. Kavelaşvili, həmçinin Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub.