Bakı. Trend:
Gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması təklifedilir.
Trend xəbərverir ki, bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin bu günkeçirilən iclasında çıxış edib.
Deputat bildirib ki, bu gün reallıq ondan ibarətdir ki, müəyyənbir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər.
“Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biridə qadınlardır. Bu məsələ ilə bağlı bizə çoxlu müraciətlər var”, -deyə deputat əlavə edib.