AZ

Şoyqu Əfqanıstana səfər edib, Taliban rejiminin daxili işlər naziri ilə görüşüb

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Əfqanıstana səfər edib və orada Taliban rejiminin daxili işlər naziri Siracuddin Haqqani ilə görüşüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları Əfqanıstan mediasına istinadən məlumat yayıb.

Bildirilib ki, Şoyqu görüşdə "Taliban"ın Rusiyada tezliklə terror təşkilatları siyahısından çıxarılmasını təsdiqləyib.

Qeyd edək ki, "Taliban"ın Rusiyada terror təşkilatları siyahısəndan çıxarılması haqqında qanun layihəsi noyabrın 26-da Dövlət Dumasına daxil olub.

Seçilən
9
6
apa.az

7Mənbələr