AZ

Tütün istehsalında 34% artım

Azərbaycanda yaş tütün istehsalında 34% artım qeydə alınıb.

FED.az xəbər verir ki, ölkədə tütün sahələrində məhsul yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur.

Bu il sahələrdən tütün yarpağı yığımında ciddi artım qeydə alınıb. 2024-cü ilin yanvar-dekabr aylarında sahələrdən 5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34% çoxdur. Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvanda tütün əkinləri həyata keçirilib. Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanın payına düşür.

Azərbaycanda tütün əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə Virciniya sortu tütün yetişdirən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsul subsidiyası alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə becərilən və təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə isə 18 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Digər sort tütün əkən fermerlər əkin sahələrinin müasir suvarma sistemləri ilə təmin edilib-edilməməsindən asılı olaraq təhvil verdikləri hər ton yaş məhsula görə 22 və 20 manat, quru tütünün tonuna görə isə 220 və 200 manat məhsul subsidiyası alacaqlar.

Qeyd edək ki, bu il ölkədən xarici bazarlara tütün ixracında da ciddi artım qeydə alınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 21,5 milyon dollar dəyərində 7 min ton qutu tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrqü ilə müqayisədə dəyər ifadəsində 5,1 dəfə, həcm olaraq isə 3,5 dəfə çoxdur.

Seçilən
2
11
fed.az

10Mənbələr