AZ

Bayden Kiyevə yardım üçün Konqresdən 24 milyard dollar istədi

ABŞ prezidenti Co Bayden Konqresdən Kiyevə əlavə hərbi yardım və Amerika silah ehtiyatlarının daha əvvəl Ukraynaya təhvil verilmiş ehtiyatlarının doldurulması üçün 24 milyard dollar ayırmağı xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti məlumat yayıb.

Konqresdəki mənbələrinin bildirdiyinə görə, ABŞ qanunvericiləri tələbi noyabrın 25-də alıblar. Vaşinqton administrasiyası əvvəllər Kiyevə göndərilmiş bu silahların “Amerika ehtiyatlarını doldurmaq” üçün 16 milyard dollar ayrılacağını gözləyir. Daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) xətti ilə ayrılması təklif edilir. Bu, Amerikanın ehtiyatlarından birbaşa bu və ya digər avadanlıqların verilməsini deyil, ABŞ Müdafiə Nazirliyinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur.

Nəşrin yazdığına görə, Bayden administrasiyası bu xərc maddələrinin federal departamentlərin işi üçün vəsaitin ayrılmasını uzatmaqdan ötrü qanun layihəsinə daxil ediləcəyini gözləyir. Qanun dekabrda qəbul oluna bilər. Nəşr Ağ Ev rəhbərinin bu istəyini “uğur üçün kiçik şans” adlandırır.

Musavat.com

Seçilən
23
9
musavat.com

10Mənbələr