“HƏMAS Qəzzada atəşkəslə bağlı razılaşmaya hazırdır”.
Missiya.Az xəbər verir ki, bu barədə məlumatı HƏMAS-ın yüksək rütbəli rəsmisi “France-Presse” agentliyinə açıqlayıb.
O, İsrail və “Hizbullah” arasında Livanda əldə olunan atəşkəsdən məmnun olduğunu bildirib.
“Biz Misir, Qətər və Türkiyədəki vasitəçilərə HƏMAS-ın atəşkəsə və məhbusların mübadiləsi ilə bağlı ciddi razılaşmaya hazır olduğunu bildirdik”, - deyə rəsmi vurğulayıb.
HƏMAS rəsmisi İsraili razılaşmaya mane olmaqda ittiham edib.
Qeyd edək ki, bu gün səhər saatlarından İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.
Daşqın HəsənovMissiya.Az