AZ

Pakistanda ara qarışdı - Mərkəzi meydanda izdiham...

Pakistanın paytaxtı İslamabadda keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında baş verən qarşıdurma nəticəsində azı 6 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, Pakistan Baş naziri Şahbaz Şərif nümayişçilər tərəfindən 4 hərbçinin öldürüldüyünü açıqlayıb.

İmran Xanın tərəfdarları isə onlardan 2-nin öldüyünü, 30-nun yaralandığını bildiriblər. Onların sözlərinə görə, qurbanlardan biri güllə yarası alıb, digərini isə avtomobil əzib.

İslamabadda İmran Xanın çoxsaylı tərəfdarı toplaşaraq, keçən il korrupsiya ittihamı ilə məhkum edilmiş 72 yaşlı keçmiş baş nazirin azadlığa buraxılmasını tələb edirlər. Etirazçılar İslamabadın mərkəzi meydanına toplaşmaq istəyərkən, hökumət əsas küçələri və yolları bağlayıb, barrikadalar qurub. Paytaxtda hərbi və polis qüvvələri yerləşdirilib.

Qarşıdurma zamanı polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
22
teleqraf.com

1Mənbələr