İran Livanda atəşkəsin əldə olunmasından və İsrailin bu ölkəyə təcavüzünün dayandırılmasından məmnun olduğunu bildirib.
Publika.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bir sıra açıqlamalar verib.
O bildirib ki, İran İsrailin Livana təcavüzünün sona çatmasını alqışlayır:
“Beynəlxalq ictimaiyyəti bölgədə sülh və sabitliyin qorunması və İsrailin Qəzzaya hücumlarının dayandırılması üçün Təl-Əviv rəhbərliyinə təsirli təzyiq göstərməyə çağırıram. Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması yerli vaxtla saat 04:00-da qüvvəyə minib”.