AZ

Afrikada köçkünlərin sayı 15 ildə üç dəfə artıb

Afrikada köçkünlərin sayı 15 ildə üç dəfə artıb

Daxili Köçkünlük Monitorinq Mərkəzi Afrikada məcburi köçkünlərin sayının 15 ildə üç dəfə artaraq 35 milyona çatdığını açıqlayıb.Daxili Köçkünlüyün Monitorinqi Mərkəzi (IDMC) “Afrikada daxili yerdəyişmə: Trendlər və İnkişaflara İcmal (2009-2023)” adlı hesabat dərc edib.Hesabatda Afrikada məcburi köçkünlük hallarının çoxunun artan qarşıdurma və zorakılıqdan qaynaqlandığı, fəlakətlərdən qaçmaq məcburiyyətində qalan insanların sayının da sürətlə artdığı bildirilib.Hesabatda Afrikada məcburi köçkünlərin sayının 15 ildə 3 dəfə artaraq 35 milyona çatdığı qeyd edilib və bunun qlobal köçkünlük hallarının təxminən yarısını təşkil etdiyinə diqqət çəkilib.Köçkünlərin 32,5 milyonunun münaqişə və zorakılıq səbəbindən bu vəziyyəti yaşadığı və bu insanların 80 faizinin yalnız 5 ölkədə Konqo Demokratik Respublikası, Efiopiya, Nigeriya, Somali və Sudanda olduğu bildirilib.Hesabatda məcburi köçkünlərin sayının ölkə daxilində və xaricdə baş verən fəlakətlər, daşqın və quraqlıq səbəbiylə təxminən 6 dəfə artdığı, 2009-cu ildə 1,1 milyon olan sayın 2023-cü ildə 6,3 milyona çatdığı ifadə edilib.Mənbə: AA

Seçilən
61
1
afn.az

2Mənbələr