AZ

“Chapter Zero Kazakhstan”ın direktoru: Bakı iqlim gündəliyində tarix yazacaq

COP29 çərçivəsində karbon bazarları üzrə əvvəllər əldə olunmayan razılaşma sayəsində Bakı iqlim gündəliyində tarix yazacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Chap Zero Kazakhstan” şirkətinin inkişaf direktoru Natalya Baçinskaya deyib.

Onun sözlərinə görə, qlobal istiləşmədən ən çox quraqlığa meylli olan ada dövlətləri, ekvatora yaxın yerləşən ölkələr və Mərkəzi Asiya kimi regionlar əziyyət çəkir.

“Dünya birliyinin qarşısında duran vəzifə qlobal problemi həll etmək üçün bütün ölkələri bu gündəliyə cəlb etməkdir” deyən direktor qeyd edib ki, COP29-da iqlim maliyyələşdirilməsində əhəmiyyətli artım müsbət hal kimi qiymətləndirilməlidir.

N.Baçinskaya onu da vurğulayıb ki, COP29-da maliyyə sazişləri ilə yanaşı, kənd təsərrüfatına da diqqət yetirilib. O əlavə edib: “Elmi hesablamalar göstərir ki, bütün sənayelərin iştirakı olmadan karbon neytrallığına nail olmaq mümkün deyil. Bu gündəliyə kənd təsərrüfatının daxil edilməsi irəliyə doğru atılmış mühüm addımdır”.

Onun fikrincə, inkişaf etməkdə olan ölkələrdə səmərəliliyi və etibarlılığı təsdiqlənmiş istixana qazı emissiyalarının azaldılmasına yönəlmiş layihələr həyata keçirmək lazımdır.

“Hazırda inkişaf etməkdə olan ölkələrdə bu cür layihələrə etimad səviyyəsi aşağı olaraq qalır. Buna görə də karbon bazarının inkişafı, beynəlxalq yoxlama sisteminin tətbiqi və istixana qazı emissiyalarının azaldılması yolu ilə əldə edilən karbon vahidlərinin beynəlxalq ticarətinin stimullaşdırılması son dərəcə vacib addımlardır”, -deyə N.Baçinskaya sözlərini yekunlaşdırıb.

Seçilən
7
xalqqazeti.az

1Mənbələr