AZ

Deputat: “Qəbula gələnlərin 70 faizdən çoxu iş istəyir”

“Rayonlar işsizlik çox yüksək səviyyədədir. Qəbula gələnlərin 70 faizdən çoxu iş üçün müraciət edir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Jalə Əliyeva deyib. Deputat bu probleminin həllinin vacibliyini vurğulayıb:

“Amma kəndlərdə iş əhalini təmin etmək üçün kifayət deyil. Belə olan halda vətəndaşları necə işlə təmin edək? Ona görə də kəndlərdə istehsalat sahələri yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək vacibdir. Kəndlilər hazırda onlara ayrılan pay torpaqlarından yararlana bilmir, ona görə də iş üçün şəhərə getmək məcburiyyətində qalırlar”.

Seçilən
14
cebheinfo.az

1Mənbələr