Qizi qeyd edib: "Hökumət Milad bayramı və Yeni il ərəfəsində atəşkəs təşəbbüsünü üzərinə götürə bilərdi."
Deputatlar vurğulayıblar ki, Qərbin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirməyə icazə verməsi münaqişənin eskalasiyasına səbəb olub. Onlar Xristian Demokratik İttifaqından kanslerliyə namizəd Kristian Mertsin seçiləcəyi təqdirdə Kiyevə Taurus raketləri göndərəcəyini bəyan etdiyini də xatırladıblar.
Ditmar Barç isə vurğulayıb ki, vəziyyəti daha da gərginləşdirmək əvəzinə deeskalasiya lazımdır: "Atəşkəs Ukraynadakı insanlar üçün ən vacib qərar olardı."
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Moskvanın Ukraynada münaqişənin dondurulmasına razı olmadığını bəyan etmişdi. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna isə Avropanın Kiyev və Moskva arasında bağlanacaq hər hansı sülh sazişini dəstəkləmək üçün Ukraynaya hərbi qüvvə göndərməyə hazır olmalı olduğunu bildirmişdi.