AZ

Braziliya polisi dövlət çevrilişinə cəhddə keçmiş prezident Bolsonaronun əli olduğunu iddia edib

Braziliya polisi dövlət çevrilişinə cəhddə keçmiş prezident Bolsonaronun əli olduğunu iddia edib

Braziliya Federal Polisi keçmiş prezident Jair Bolsonaronun prezident Luiz İnasio Lula da Silva hökumətinə qarşı çevriliş cəhdində əli olduğunu iddia edib.Braziliya Ali Məhkəməsi Federal Polisin çevriliş planı ilə bağlı hesabatını ictimaiyyətə təqdim edib.Hesabatda qeyd olunub ki, istintaq boyu toplanan sübutlar keçmiş prezident Bolsonaronun prezident Lula da Silva hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün çevriliş planında iştirak etdiyini göstərir.Xəbərdə Bolsonaronun çevriliş planında fəal iştirak etdiyi vurğulanıb və ordunun müqaviməti səbəbindən çevrilişin həyata keçirilə bilməyəcəyi bildirilib.Qeyd edək ki, noyabrın 19-da polis 4 əsgər və 1 polis əməkdaşını prezident Lula da Silvanı öldürməyi və hökuməti devirməyi planlaşdırdığı iddiası ilə həbs edib.Braziliya Federal Polisi noyabrın 21-də Lula da Silva hökumətinə qarşı dövlət çevrilişinə cəhd iddiası ilə keçmiş prezident Jair Bolsonaro da daxil olmaqla 37 nəfərə qarşı cinayət işi açıb.Bildirilib ki, 2022-ci ilə aid olan polis hesabatında Bolsonaro və bəzi generallar, keçmiş nazirlər və hökumətin keçmiş müşavirləri də daxil olmaqla bir çox yüksək rütbəli məmurlar var.Bolsonaro sosial media hesabında ittihamlara münasibət bildirərək, “Hakim Alexandre de Moraes bütün təhqiqatı təkbaşına aparır, ifadələri təşkil edir, şikayət olmadan həbs qərarı verir, mümkün dəlilləri tapmaq üçün genişmiqyaslı axtarış aparır və çox yaradıcı tərəfə malikdir" qiymətləndirməsini edib.Mənbə: AA

Seçilən
19
2
afn.az

3Mənbələr