AZ

Banklardakı deppzotlərin 66%-i milli,34%-i xarici valyutadadır

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir.

FED.az xəbər verir ki, depozitlər cəmi öhdəliklərin 79.5%-i və ya 34,373.9 mln. manatını təşkil edib. Depozit portfelinin 59.4%-i (20,404.3 mln. manat) hüquqi şəxslərin, 40.6%-i (13,969.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

 Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,216.4 mln. manat) milli valyutada, 34%-i (4,753.1 mln. manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8,314.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9% və ya 72 mln. manat artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 14,979.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4%-ni təşkil edib.

 Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 33.5% təşkil edib.

Seçilən
5
fed.az

1Mənbələr