AZ

Kuleba Ukrayna ilə bağlı Qərbin əsas səhvini açıqlayıb

Dmitri Kuleba Qərb liderlərinin Makronun Ukraynaya qoşun yeritmək ideyasının pisləməsini Avropanın son bir ildə ən böyük səhvi hesab edib...

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Qərbin son bir ildəki ən böyük səhvinin Emmanuel Makronun Ukrayna ərazisinə qoşun yeritmək planını pisləməsi olduğunu bildirib.

Poliqon xəbər verir ki, sabiq xarici işlər nazirinin bu açılamasını Politico qəzeti nəşr edib.

“Əgər məndən son bir ildə Qərbin ən böyük səhvinin nə olduğunu soruşsanız, deyərdim ki, Emmanuel Makronun Ukraynaya qoşun göndərmək təklifinin Avropa liderləri tərəfindən qəzəbli ictimai qınağa məruz qalmasıdır”, deyə Kuleba bildirib.

Keçmiş nazir Vladimir Putinin hadisələrin bu cür inkişafının xoşuna gəldiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Makronun təklifinə Qərb liderlərinin reaksiyası onda şok effekti yaradıb.

Xatırladaq ki, fevral ayında Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən konfransda Aİ ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü məsələsinin qaldırıldığını bildirib. Lakin müzakirələrdə iştirak edənlər ümumi konsensus əldə etməyiblər.

Poliqon.info

Seçilən
7
1
poliqon.info

2Mənbələr