AZ

AMB BOKT-ların fəaliyyətinə dair yeni qaydaları şərh edib

Bakı. Trend:

“Bank olmayan kredit təşkilatları haqqında” Qanuna 2023-cü ildəedilmiş dəyişiklərə əsasən, Azərbaycan Respublikasının MərkəziBankının İdarə Heyətinin 15.11.2024-cü il tarixli Qərarları ilə“Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensialtənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarındakredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib. Budəyişikliklər Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyəsektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş stratejihədəflər çərçivəsində qəbul olunub.

Trendtənzimləyici quruma istinadən xəbər verir ki, Bank olmayan kredittəşkilatlarının (BOKT) fəaliyyətinin inkişaf etdirilməsi maliyyəinklüzivliyinin bir elementi olmaqla əhalinin, kiçik və ortasahibkarların maliyyə resurslarına daha geniş çıxış imkanlarınıtəmin edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı BOKT-lərin bu rolununartırılması, eləcə də, onların təklif etdiyi kredit məhsullarınınəlçatanlığı və şəffaflığının təmin edilməsi üçün öz mandatıçərçivəsində zəruri addımları atmağa davam edir.

Qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyən edilib.Belə ki, BOKT-lərdə kredit riskinin idarə edilməsi sisteminintəşkili, kredit riski siyasəti, kredit risklərininqiymətləndirilməsi və inzibatçılığı prosedurları, risk monitorinqi,habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsininhesablanması qaydası ilə bağlı requlyativ tələblər gətirilib.

Bununla yanaşı, Qaydalarda ilk dəfə qısamüddətli “gündəlik”kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsiüzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərtprudensial normativlər müəyyən edilib.

Eyni zamanda, Qaydalarda kəmiyyət xarakterli və maliyyədayanıqlığına təsir göstərən tələblər formalaşdırılıb. Qaydalaraəsasən, yeni yaradılan BOKT-lərdə nizamnamə kapitalına dair tələb 1milyon manata çatdırılıb, mövcud və yeni BOKT-lərə 1 milyon manatkapital tələbi və öhdəliklərin kapitala nisbəti tələbi müəyyənedilib, ehtiyatların yaradılmasına dair tələblərə yenidənbaxılıb.

Qaydalardakı tələblər BOKT-lərin maliyyə dayanıqlığınıngücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədinidaşıyır. Mərkəzi Bank BOKT sektorunda gedən cari prosesləri, eləcədə dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdəsaxlamaqla bu istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davametdirəcək.

Qeyd olunan müvafiq qaydaları aşağıdakı linklər üzərindənnəzərdən keçirmək mümkündür:

Bankolmayan kredit təşkilatlarının fəaliyyətinin prudensialtənzimlənməsi Qaydası

Bankolmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsiQaydası

Seçilən
10
17
az.trend.az

10Mənbələr