ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Şərq Konfransında “Miluoki Baks” səfərdə “Mayami Hit” ilə üz-üzə gəlib. Görüş qonaqların 106:103 hesablı qələbəsi ilə bitib.
Qərb Konfransında “Minnesota Timbervolves” – “Hyuston Rokets” komandaları arasında dueldə isə ikincilər sevinən tərəf olublar - 111:117
Günün digər oyunlarının nəticələri:
“Vaşinqton Uizards” – “Çikaqo Bulls” - 108:127
“Yuta Caz” – “San Antonio Spörs” - 115:128
“Finiks Sans” - “Los-Anceles Leykers” - 127:100.