AZ

Pentaqon rəsmən açıqladı...

 Ukrayna  amerikan istehsalı ATACMS uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirə bilər.

 Bu barədə məlumat verən ABŞ müdafiə nazirliyinin nümayəndəsi Patrik Reyder bildirib ki, Pentaqon dünən 26 noyabr tarixində rəsmən hökumətin binunla bağlı verdiyi qərarı təsdiqləyib.

 "Siyasətdə dəyişiklik baş verib, Ukrayna müdafiə məqsədiylə ATACMS raketlərindən istifadə edə bilər"- deyə Rayder bəyan edib.

  Xatırladırıq ki, Ukraynanın ATACMS raketlərindən ilk istifadəsindən dərhal sonra, Rusiya yeni istehsal etdiyi deyilən gipersürətə malik ortaməsafəli "Oreşnik" raketlərini birbaşa döyüş meydanında sınaqdan keçirib.

  Tezliklə Ukrayna müharibəsində taktiki nüvə silahlarından istifadə oluna biləcəyi də istisna olunmur. Bu gedişlə deyəsən Trampın vəd etdiyi  "sülh planı doğulmamış dəfn olunacaq"...

 Rüstəm Hacıyev

Seçilən
5
adalet.az

1Mənbələr