AZ

Kim Min Ce Rəhimovun uğurunu təkrarladı

Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Kim Min Ce Rusiya təmsilçisi "Rubin"in baş məşqçisi Rəşid Rəhimovun Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Liqa mərhələsinin V turunda PSJ ilə matçda Münhen təmsilçisinin yeganə qolunu vuran 28 yaşlı cənubi koreyalı oyunçu Fransa nəhənginin qapısına yol tapan ikinci asiyalı olub.

Tacikistandan olan Rəhimov indiyə qədər ən nüfuzlu klub turnirində parislilərin qapısına qol vuran yeganə asiyalı futbolçu idi. O, bunu 1994-cü ildə "Spartak"ın (Rusiya) heyətində oynayarkən həyata keçirmişdi. Moskvada baş tutan görüş "qırmızı-ağlar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Qeyd edək ki, Almaniyada keçirilən "Bavariya" - PSJ matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
8
fanat.az

1Mənbələr