AZ

Ayrıldıqdan sonra daha yaxşı oynayır: Ulduz futbolçunun həyatını "zəhərləyən" gözəl kimdir?

İki fəlakətli ildən sonra "Çelsi" gözlənilmədən dəyişdi. London klubu Premyer Liqada "ilk üçlüy"ə daxil olub. Uzun müddətdən sonra ilk dəfə olaraq yüksək pillələrə iddia edir.

Publika.az xəbər verir ki, son vaxtlara qədər yarımmüdafiəçi Koul Palmer komandanı çiyinlərində aparırdı. Ancaq indi başqaları, xüsusən də argentinalı Entso Fernandes liderlərin sırasına qoşulub. O, son 5 matçda 5 məhsuldar ötürmə edib və 1 qol vurub. Müqayisə üçün qeyd edək ki, ötən mövsümdə Entso ümumilikdə 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Maraqlıdır ki, Fernandes həyat yoldaşından boşanma xəbəri ilə eyni vaxtda özünü göstərməyə başlayıb. Oktyabrın sonunda məlum olub ki, argentinalı uşaqlarının anası Valentina Servantesdən ayrılıb.

“Entso və mən bir-birimizdən ayrı qalmağa qərar verdik. Amma biz həmişə bir ailə olacağıq və hər şeydə bir-birimizə dəstək verəcəyik. Çünki aramızda sevgimizə ehtiyacı olan iki uşaq var. Mən Entsonun necə bir insan, gözəl ata olduğunu və necə bir ürəyi olduğunu bilirəm. Bu da mənim üçün kifayətdir”, – deyə Servantes boşanmaları barədə danışarkən bildirib.

Cütlük boşanma səbəbini açıqlamayıb. Lakin şayiələrə görə, 23 yaşlı Entso sadəcə ailə həyatına hazır olmadığını, evlilikdən yorulduğunu deyib və özü üçün yaşamağa qərar verib.

“O, Valentinaya tək yaşamaq istədiyini söyləyib. Onlar hələ də bir ailədir. Lakin o, ailəni erkən seçməklə qaçırdığı mərhələni yaşamaq ehtiyacını hiss edir”, – deyə argentinalı jurnalist Culyeta Arqenta qeyd edib.

Enzo meydanda "çiçəkləndikdən" sonra azarkeşlər keçmiş həyat yoldaşının yarımmüdafiəçinin karyerasına müdaxilə etdiyini ciddi şəkildə düşünürlər.

Bəs onun haqqında ümumiyyətlə nə məlumdur? Valentina da argentinalıdır. O, Fernandesdən bir yaş böyükdür. Servantes Entso ilə 2019-cu ildə vətənində tanış olub. Sonra o, ingilis dili müəllimi olmaq üçün təhsil alıb. 2022-ci ildə Fernandes "Benfika"ya keçməyə qərar verdikdən sonra cütlük Portuqaliyaya köçüb. Nəticədə Valentina təhsilini yarımçıq qoymalı olub.

Bununla belə, o, peşman deyil. İndi Valentina uğurlu bloqqer-influenserdir. Onun sosial şəbəkələrdə 2 milyon abunəçisi var.

2020-ci ildə cütlüyün Olivia adlı qızı, 2023-cü ildə isə Benjamin adlı oğlu dünyaya gəlib. Buna baxmayaraq, sevgililər münasibətlərini qanuniləşdirməyiblər. Onlar formal olaraq hələ də birlikdə yaşayırlar.

“Hələ köçməmişəm, amma bir neçə gündən sonra yeni evə köçəcəyəm. Başqa qadınlardan dəstək varmı? Milli komandanın qızları ilə ünsiyyət qururam, amma onlarsız da kifayət qədər dostlarım və dəstəyim var”, - deyə Valentina bildirib.

Seçilən
7
publika.az

1Mənbələr