Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsilzik Müqavilədi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.
Modern.az xəbər verir ki, bu mediaya baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Baqdasaryan sammitdə iştirak etməməyin səbəbi ilə bağlı suala “çünki Ermənistan Respublikasının KTMT-nin fəaliyyətində iştirakın dondurulması ilə bağlı mövqeyi dəyişməyib”,- deyə cavab verib.
Xatırladaq ki, Ermənistan KTMT tədbirlərində iştirakını dondurduğunu bəyan edib, həmçinin bu struktura öz maliyyə payını ayırmaqdan imtina edib, birgə hərbi təlimlərdə və görüşlərdə iştirak etmir, lakin KTMT-dən çıxmaq prosesinə başlamaq üçün rəsmi müraciət etməyib.