"Təmsil etdiyim Zərdab, Kürdəmir vəUcar rayonlarında ən böyük problem işsizliklə bağlıdır. Qəbuluma gələnlərin 70-80 %-i işlə bağlı müraciət edir". "Olaylar" xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib: "Regionlarda əmək bazarını tənzimləmək üçün istehsalat müəsissələrinin açılması vacibdir. İşsizliyin aradan qaldırılmasının ən effektiv yolu kənd təsərrüfatının inkişafıdır. Amma az gəlirli ailələr onlara ayrılan pay torpaqlarından effektiv istifadəetmir. İşsizlik kəndlərin demoqrafik balansına da mənfi təsir edir. Gənclər şəhərlərə gəlməyə can atırlar".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31