AZ

"Onların elə qohum-əqrəbası və qonşuları hay-küy yaradacaqlar"

“Hər kəsə məlumdur ki, ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır. Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğurdan da, ehtiyacı olanlar bunu ala bilmir və mən onlarla dəfə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması və bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmayıb”.

Paralel.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirələri zamanı deyib.

Deputat əlavə edib ki, nazirlik hazırda pilot layihə həyata keçirir və məsələnin ədlalətli həlli üçün çalışır: “Nazirlik bütün ailələri bir-bir ziyarət edib ümumi mənzərəni ortaya çıxarmaq və məlumatlara malik olmaq istəyir ki, ünvanlı sosial yardımı da avtomatlaşdırsın. Bu barədə nazir məlumat versə yaxşı olar”.

Məsələnin həll yollarından danışan deputat bildirib ki, hər bir rayon, kənd və qəsəbədə icra hakimiyyəti və nümayəndəsi var: “Onlar kimin ehtiyac içində olduğunu, gəlirlərini, evini, kənardan daxil olan vəsaiti, yəni bütün məlumatlara sahibdirlər. Onların arayışı bəs etməzmi? Əgər onlar yalan məlumat verərlərsə, bu icra hakimiyyəti və işçisi üzərində ciddi məsuliyyət yaratsın. Bunun üçün qanunvericiliyə lazımdırsa, dəyişiklik edək. 

Digər tərəfdən, indi elə zamandır ki, yanlış adam ünvanlı sosial yardım alarsa, elə öz ətrafı, qohum-əqrəbası və qonşuları, tanıyanlar birinci sosial şəbəkələr çıxıb hay-küy yaradacaqlar. 

Nazirliyin imkanları var ki, 2-3 günlük missiyalar göndərib qəfil yoxlamalar həyata keçirsin. Nazirlik kiməsə sonunda inanmalıdır.

Nazirliyin tərkibində İctimai Şura var. Qoy onlar ayda bir neçə dəfə məsələ həllini tapana qədər səfərlər edib məlumatlar hazırlasınlar.

Bu cür yanaşma həm də imkan verəcək ki, ünvanlı sosial yardımın doğurdan da ehtiyacı olanlara verilməsi üçün hansı problemlər var və siz onları aidiyyəti dövlət qurumlarına təqdim edə bilərsiniz ki, məhz bu səbəblər işimizi vicdanla yerinə yetirməyimizə hüquqi və digər əngəlləri törədir. 

Daha bir təklif isə nazirliyin özünün hüquqi yardım göstərməsidir. Hökumətdən də xahiş etmişəm ki, pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət proqramı qəbul edilsin. Bu qarşımızda dayanan ən vacib məsələlərdən birincilər sırasındadır”.

Mürtəza
Paralel.az

Seçilən
3
3
paralel.az

4Mənbələr