Azərbaycanda kəndlərdə yaşayan gənclər şəhərlərə gəlməyə can atırlar...
“Report” xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Təmsil etdiyim Zərdab, Kürdəmir və Ucar rayonlarında ən böyük problem işsizliklə bağlıdır. Qəbuluma gələnlərin 70-80 %-i işlə bağlı müraciət edir. Regionlarda əmək bazarını tənzimləmək üçün istehsalat müəsissələrinin açılması vacibdir. İşsizliyin aradan qaldırılmasının ən effektiv yolu kənd təsərrüfatının inkişafıdır. Amma az gəlirli ailələr onlara ayrılan pay torpaqlarından effektiv istifadə etmir. İşsizlik kəndlərin demoqrafik balansına da mənfi təsir edir. Gənclər şəhərlərə gəlməyə can atırlar”, - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, vətəndaşlar əlilliyin təyin edilməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə sosial qrumlar arasında yol ölçür: “Amma onlara rədd cavabı verilir. Çox vaxt səbəb kimi arayışın natamam doldurulması göstərilir. Yəni vətəndaşlar əməkdaşın yazdığı arayışa görə rədd cavabı alırlar. Buna görə də əlilliyin təyin olunması ilə prosedurun daha sadə olması vacibdir”.
Poliqon.info