AZ

Çin Kamçatka brendi ilə ət məhsulları istehsal edəcək

"Çinin Harbin şəhərində Kamçatkanın "Agrotek" brendi altında ət məhsulları istehsal olunacaq".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu "Agrotek Holding" QSC-nin Direktorlar Şurasının sədri Vladimir Rubaxin deyib.

Onun sözlərinə görə, bu razılaşma Kamçatka ərazisinin qubernatoru ilə çinli tərəfdaşlar arasında əlaqələrin və əməkdaşlığın möhkəmlənməsi sayəsində mümkün olub:

"Müqavilə çərçivəsində Çin tərəfi ət məhsullarının istehsalı üçün istehsal müəssisələri, xammal və işçi heyəti təmin edəcək. "Agrotek" isə ət məhsullarının istehsalı sahəsində təcrübəsini çinli həmkarları ilə bölüşəcək".

Gülşən Şərif

Seçilən
7
bakivaxti.az

1Mənbələr