AZ

Premyer Liqa: Təxirə salınmış oyunun və 2 turun təqvimi açıqlandı

Futol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turundan təxirə salınmış oyunun vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” – “Qarabağ” matçı dekabrın 19-da keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 14:00-da start veriləcək.

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasında 17-ci və 18-ci turun oyun cədvəli bəlli olub. İlin son iki turu müvafiq olaraq 14-16 və 20-22 dekabr aralığında baş tutacaq.

Premyer Liqa

3-cü turun oyunu

19 dekabr

“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 14:00.

17-ci tur

14 dekabr

14:00. “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu.

16:30. “Araz-Naxçıvan” – “Sabah”
“Dalğa Arena”.

15 dekabr

16:00. “Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu.

“Neftçi” – “Kəpəz”
Bakı. “Neftçi Arena”, 18:30.

16 dekabr

19:00. “Qarabağ” – “Sumqayıt”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

18-ci tur

20 dekabr

16:00. “Kəpəz” – “Sumqayıt”
Tovuz şəhər stadionu.

21 dekabr

16:00. “Turan Tovuz” – “Neftçi”
Tovuz şəhər stadionu.

18:30. “Səbail” – “Zirə”
“Bayıl Arena”.

22 dekabr

14:00. “Şamaxı” – “Sabah”
Şamaxı şəhər sadionu.

16:30. “Qarabağ” – “Araz-Naxçıvan”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Seçilən
104
17
arena.az

10Mənbələr