AZ

"Lion" Bakıya itkilərlə gəldi

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Lion" Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, Fransa təmsilçisi səhər saatlarında Azərbaycana çatıb.

Komandanın baş məşqçisi Pyer Saj iki futbolçunun xidmətindən məhrum olub. Hücumçular Vilfred Zaha və Qift Orban zədəli olduğu üçün komandadan kənarda qalıb. Əvəzində isə heyətə gənc oyunçu Enzo Moleben dəvət edilib.

Bakıya gələn 23 nəfərlik futbolçu heyəti aşağıda adları qeyd edilən futbolçulardan ibarətdir:

Qapıçılar: Benqi, Dekamp, Perri

Müdafiəçilər: Abner, Kaleta-Kar, Kumbedi, Mata, Niahate, Omari, Talyafiko

Yarımmüdafiəçilər: Meytlend-Naylz, Kakere, Matiç, Tessmann, Tolisso, Veretu

Hücumçular: Benrahma, Çerki, Fofana, Lyakazett, Mikautadze, Molebe, Nuama.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21.45-də başlayacaq.

Seçilən
14
1
football-plus.az

2Mənbələr