AZ

"Bu gün mövcud olan peşələrə tələbat azalır" - BƏXTİYAR ƏLİYEV

"Əmək haqqı fondunun səviyyəsi 9 milyarddır". SİA xəbər verir ki, bu sözləri deputat Bəxtiyar Əliyev deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı imkan verir ki, bu qədər pul ayrılsın: "İşsizlikdən siğorta ödənişlərinin az və ya çox olduğunu demək çətindir. İnsanların səviyyəsi artdıqca maddi cəhətdən tələbat artır. Yaxşı olar ki, yeni iş yerlərinin açılması üçün yenidən bu məsələyə baxılsın. Bu tədbirlərə 35 milyon manat ayrılması nəzərdə tutulur. Bu gün mövcud olan peşələrə tələbat azalır, yeni peşələr yaranır. Maliyyə istiqamətləri artırılsa, yaxşı olar. Hər iki qanun layihəsi qarşıya qoyulmuş problemləri həll edə bilər".

Seçilən
7
1
sia.az

2Mənbələr