AZ

İqtisadiyyatın sürətli inkişafı yeni peşələrin yaranmasını sürətləndirir – Deputat

Bakı. Trend:

“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” vəİşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında AzərbaycanRespublikası Qanununun layihələrində əvvəllər Milli Məclisdəqaldırılmış məsələlərin bir qisminin həlli istiqamətində işləringörülməsi nəzərdə tutulur.

Trend xəbərverir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin iclasında2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Deputat bildirib ki, bu sahədə həyata keçirilən islahatlar özmüsbət nəticəsini verir və əhalinin sosial müdafiəsi daha damöhkəmlənir.

“Müqayisə üçün qeyd edim ki, büdcədə əməkhaqqı üçün təqribən 9milyard manat nəzərdə tutulursa, Dövlət sosial müdafiə Fondunatəqribən 6 milyard manat (5.997.400.000 manat) ayrılması nəzərdətutulur.

Əlbəttə, bu, böyük məbləğdir və ölkənin sürətli iqtisadiinkişafı imkan verir ki, əhalinin sosial müdafiəsinin dayanıqlılığıtəmin edilsin.

Məsələn, əmək pensiyalarının ödənilməsinə 7.210.530.000 manat vəya büdcənin təqribən 19% həcmində vəsaitin ayrılmasıproqnozlaşdırılır. Bu, böyük vəsaitdir və vətəndaşların sosialmüdafiəsini gücləndirir.
İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260.700.000manat məbləğində nəzərdə tutulur. İşsizliyə görə sığorta ödənişləri17.000.000 manat təşkil edir.

Bu məbləğin çox və ya az olduğunu demək çətindir. Lakin Fondtərəfindən Özünüməşğulluğun əhatə dairəsinin genişləndirilməsi vəbu tədbirlərin təşkili üçün 77.000.000 vəsaitin ayrılmasıtəqdirəlayiqdir. Amma yaxşı olar ki, yeni iş yerlərinin yaradılmasıüçün mikro sahibkarlığın stimullaşdırılması məqsədilə digərqurumlarla birlikdə kreditlərin verilməsi qaydalarına baxılsın.Yeni sahibkarlıq subyektlərinin fəaliyyəti həm işsizlikdən sığortafonduna ödənişləri artıra, həm də büdcənin bu istiqamətdə yükünüazalda bilər”.

B.Əliyev vurğulayıb ki, yeni iş yerlərinin yaradılmasındabazarın tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsilin təşkiliolduqca vacib bir məsələdir.

“Bu tədbirlərə 35.000.000 manat vəsait artırılması nəzərdətutulur. Hesab edirəm ki, iqtisadiyyatın sürətli inkişafı yenipeşələrin yaranmasını da sürətləndirir. Bu baxımdan peşəstandartlarının və buna uyğun olaraq təhsil proqramlarınınhazırlanması işini sürətləndirməliyik. Çünki bu gün mövcud olan birçox peşələrə tələbat azalır, əvəzində isə yeni peşələr yaranır.Yaxın gələcəkdə insanların yeni peşələr üzrə yenidən hazırlanmasıgeniş miqyas alacaq. Əmək bazarında rəqabətədavamlı mütəxəssislərinhazırlanması bir nömrəli vəzifədir. Bu istiqamətə maliyyəvəsaitlərin cəlbinə diqqət artırılmalıdır”.

Seçilən
7
az.trend.az

1Mənbələr