AZ

Müharibə veteranlarına verilən müavinətlərin artırılması təklif edilir

Azərbaycanda müharibə veteranlarına verilən müavinət məbləğinin artırılması təklif edilib.

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə çıxış edib. O bildirib ki, 2019-cu ildən veteranlara 80 manat müavinət ödənilir:

“O vaxtdan 5 il keçib, biz artıq qalib xalqıq. Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş veteranlarımızın hər biri qəhrəmandır. Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki 80 manat məbləğində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da həmin zaman təxminən 70 ABŞ dolları edirdi və 70 ABŞ dolları bugünkü ekvivalenti ilə 120 manatdır. Bunu da nəzərə almaq lazımdır və həssas təbəqə olan veteranlarımızla bağlı artımlara gedilməsi məqsədəuyğun olar”. 

Deputat eyni zamanda bir sıra müəllim və həkimlərin aldıqları təqaüdlərin də artırılmasını təklif edib: “Hazırda həm müəlimlər, həm həkimlər əvvəlki illərə nisbətən kifayət qədər böyük məvaciblər alırlar. Amma zamanında az məvacib alaraq təqaüdə çıxan müəllim və həkimlərimiz var ki, onların pensiyaları indiki dövrlə müqayisədə kifayət qədər aşağıdır. Hesab edirəm ki, indeksasiya prosesində onların təqaüdlərinin müəyyən qədər artırılması daha məqsədəuyğun olar. Çünki həyatının əhəmiyyətli hissəsini insanların maarifləndirilməsinə və onların sağlamlığın keşiyində dayanılmasına həsr eləmiş bu insanlar bu gün az təqaüd alırlar və istəyərdim ki, bu məsələyə həssas yanaşaq”.

Anar Kəlbiyev

Seçilən
4
4
unikal.az

5Mənbələr