AZ

Tüstü bacalarının təmizlənməsində nələrə fikir verməliyik?

"Evlərin tüstü bacaları il ərzində 2 dəfədən az olmayaraq təmizlənməlidir".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, ixtisaslaşmış hansısa müəssisəyə müraciət edərək və ya xidməti müqavilə bağlayaraq bu işləri etdirmək olar:

"Lakin vətəndaşlar bunu özləri də edə bilərlər. Buna baxmayaraq, hansısa ixtisaslaşmış müəssisələr tərəfindən tüstü bacalarının təmizlənməsi daha yaxşı olar. Çünki bacaların standartlara və normativlərə uyğun olaraq təmizlənməsi çox mühümdür. Həmçinin, təmizləmə zamanı bacadakı çatlar da aradan qaldırılmalıdır".

Ekspert deyib ki, tüstü bacalarının işlək vəziyyətdə olması üçün onun təmizliyinə ciddi riayət etmək şərtdir:

363219

"Əlbəttə ki, tüstü bacası işlək vəziyyətdə olmasa, standartlara cavab vermədən quraşdırılsa, içində çat və ya deşik olsa təhlükə yarada bilər. Həmçinin, onun içində hansısa məişət tullantıları və ya heyvan cəsədinin olması da tüstü bacasının sovurma qabiliyyətinin itirilməsinə səbəb olar. 

Bunlar olduqda həmin tüstü bacasının bir əhəmiyyəti də qalmır. Bu isə o deməkdir ki, qaz cihazından ayrılan tüstü evdən xaric ola bilmədiyi üçün yanma prosesi pozulur dəm qazı əmələ gəlir".

Elmar Nurəliyev vurğulayıb ki, dəm qazı natamam yanma məhsuludur:

"Yəni yanma prosesi düzgün getmədikdə yaranır. Tüstü bacası işlək vəziyyətdə olmasa, dəm qazının əmələ gəlmə ehtimalı çox yüksəkdir. Ona görə də tüstü bacası mütləq şəkildə işlək vəziyyətdə olmalıdır. Vətəndaşlar ən azı simlərlə tüstü bacasının içini təmizləyə bilərlər. Bu formada onun içində olan tullantıları təmizləmək olar". 

Pərviz

Seçilən
1
hit.az

1Mənbələr