AZ

Ağadadaş Ağayev yenidən hakim qarşısına çıxarılır

Sabah, noyabrın 28-də Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə müttəhim kürsüsünə oturacaq.

KONKRET.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Vüsal Tağıyev sədrlik edir.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə – silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.

Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra onun müqavilə əsasında vəkili Asim Abdullayev olduğu müəyyən edilib. Ağadadaş Ağayev ona dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. Deyib ki, müqavilə bağladığı vəkilin yardımından istifadə edir. Hakim Ağadadaş Ağayevin dövlət hesabına təyin edilmiş vəkildən imtinasını qəbul edib.

Seçilən
20
1
konkret.az

3Mənbələr