AZ

Müharibə veteranlarının müavinətləri ilə bağlı daha bir TƏKLİF

“Əvvəlki illərə illərə nisbətən həm həkimlər, həm də müəllimlər daha yaxşı məvaciblər alırlar. Amma zamanında az əmək haqqı ilə təqaüdə çıxanlar var ki, onların təqaüdlərinin müəyyən qədər artırılması çox yaxşı olardı”.

Bizim.Media xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat vətən müharibəsi veteranların müavinətlərinin də artırlmasını təklif edib:

“2019-cu ildən veteranlara 80 manat ödənir, üstündən beş il keçib, biz artıq qalib xalqıq. Onlara beş il öncə verilən 80 manat indi həmin dəyərdə deyil. Yəni 2016-cı ildə veteranlara 55 manat verilirdi ki, o da ABŞ dolları ilə müqayisədə indiki 120 manat edirdi”.

Günay Şahmar, Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr