ABŞ Ermənistanı tamamilə özünə tabe etmək məqsədi güdür.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən məlumat verilib. Mənbə bildirir ki, Birləşmiş Ştatlar Ermənistanda qərbyönlü partiyaların 2026-cı il seçkilərindən əvvəl təbliğatıyla məşğuldur. Rusiya kəşfiyyatının məlumatına görə amerikanlar bununla İrəvana təsir etməyi düşünür. ABŞ-nin maddi və siyasi dəstək verdiyi partiyalar Aram Sarkisyanın başçılıq etdiyi “Respublika”, Arman Babacanyanın sədri olduğu “Respublika adına”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın rəhbərlik etdiyi “Xristian Demokrat Partiyası”dır.
Vəli Həsənoğlu,
KONKRET.az