AZ

COP29 turizm sahəsinə necə təsir edib? - AÇIQLAMA

Bakı. Trend:

COP29 ölkəmizə gələn on minlərlə xarici ölkə vətəndaşınınAzərbaycanın tarixi, mədəniyyəti, maddi və mədəni milli irsi ilə,müasir infrastrukturla tanış olmasına, ölkəmizin ekoturizm,aqroturizm, məsuliyyətli və dayanıqlı turizm kimi yeni bir sahədədə geniş potensiala malik olması haqqında məlumatlarınartırılmasına töhfə verdi.

Bunu Trend-ə açıqlamasında Dövlət TurizmAgentliyinin (DTA) mətbuat katibi Gülnar Mustafayevadeyib.

O bildirib ki, bu miqyasda mötəbər tədbirin ölkəmizdəkeçirilməsi turizm imkanlarının təbliğ edilməsi və müsbət imicinformalaşdırılmasında bir impuls kimi çıxış etdi.

"Tədbir zamanı minlərlə xarici media nümayəndəsinin ölkəmizəgəlməsi, həmçinin, tədbirin dünya mediasının diqqətindəsaxlanılması Azərbaycanın biznes və işgüzar turizm potensialınıntanıdılması üçün də mühüm imkanlar ehtiva etdi.

COP29 kimi tədbirlər beynəlxalq standartlara uyğun xidmətintəşkili üzrə turizm sənayesində, xüsusilə hotelçilik sahəsindətəcrübənin formalaşması, turizm sənayesi ilə əlaqəli olan kiçik vəorta sahibkarlıq üzrə də mühüm töhfələr verir", - o qeyd edib.

G.Mustafayeva vurğulayıb ki, ümumilikdə, bir sıra beynəlxalqtədbirlər kimi, COP29-un ölkəmizdə keçirilməsi turizm sektorundahəm qısamüddətli, həm də uzunmüddətli müsbət təsirlərə malikolur:

"Bu kimi tədbirlər xidmət keyfiyyətinin artırılması ilə birgə,göstərilən xidmətlərin sayında çoxalma və çeşidliliyə səbəb olaraqsənayenin inkişafına təkan verir.

Qeyd etməliyik ki, COP tədbirləri tarixində ilk dəfə turizminCOP29-un fəaliyyət gündəliyinə salınması, tematik turizm günününkeçirilməsi, bu mövzuda ilk nazirlər görüşünün təşkili, turizminiqlim dəyişmələrində rolu üzrə “Turizm Sektorunda Təkmilləşdirilmişİqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qəbul edilməsi kimivacib məqamlar ölkə və qlobal turizm sənayesi üçün turizmin iqlimstartegiyalarına inteqrasiya edilməsi, bütövlükdə dayanıqlıtəcrübələrin tətbiq edilməsi baxımından təqdirəlayiqhadisələrdir".

Turizm məsələləri üzrə ekspert Azər Həsənovbildirib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasının Azərbaycanda keçirilməsi ölkə turizmi sahəsində həmfürsətlər, həm də çağırışlar yaradacaq.

"COP29 kimi mötəbər və yüksək səviyyəli bir tədbir Azərbaycanınbeynəlxalq aləmdə daha da tanınmasına səbəb olacaq. Bu,Azərbaycanın turizm sektoruna müsbət təsir göstərəck.

Bu cür böyük beynəlxalq tədbirlər yeni turist qruplarınıAzərbaycana cəlb edə bilər. Bunların arasında xüsusilə "yaşılturizm" və "ekoloji turizm"lə maraqlanan turistləri misal göstərməkolar.

COP29-un Azərbaycanda keçirilməsi ölkənin ekoloji tərəfdaşlarınıvə yerli turizm operatorlarını "yaşıl turizm" (ekoturizm) və"dayanıqlı turizm" sahələrinə daha çox diqqət ayırmağa təşviq edəbilər. Bunun nəticəsində ekoloji cəhətdən təmiz və davamlı turizmistiqamətlərinin inkişafı sürətlənə bilər.

COP29-un keçirilməsi ilə əlaqədar olaraq beynəlxalq investorlarekoloji cəhətdən təmiz və dayanıqlı turizmin inkişafına maraqgöstərə bilərlər. Bu, Azərbaycanın turizm infrastrukturununtəkmilləşdirilməsi, xüsusilə ekologiya ilə dost hotel və istirahətkompleksləri, qlobal turizm standartlarına uyğun layihələrin həyatakeçirilməsinə şərait yarada bilər.

COP29-un Azərbaycan kimi bir ölkədə keçirilməsi, turizmmarketinqində yeni imkanlar açır. Bu, Azərbaycanın ekoloji cəhətdəntəmiz təbiətini və mədəni irsini tanıdaraq, ekoturizmə olan marağıartıracaq. Bu tədbir Azərbaycanın turizm sahəsinə həm fürsətlər,həm də çağırışlar gətirəcək.

Bu, ekoturizm və dayanıqlı turizmə olan tələbin artmasına,ölkənin ekoloji cəhətdən təmiz turizm təcrübələrini inkişafetdirməsinə və beynəlxalq turizm bazarında daha çox tanınmasınasəbəb ola bilər. Lakin eyni zamanda, iqlim dəyişikliyi iləmübarizənin turizm sektoruna olan təsirlərini nəzərə alaraq,uzunmüddətli inkişaf üçün dayanıqlı və innovativ yanaşmalarıntətbiqi zəruridir", - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
56
1
az.trend.az

2Mənbələr